Çərşənbə axşamı, 1 İyul, 2025

“Oprys” Sosial Simulyasiya Oyunu keçiriləcək


  • Dərc edildi: 28 Fevral, 2022 - 08:05
“Oprys” Sosial Simulyasiya Oyunu keçiriləcək

Sülhə töhfə vermək, birgəyaşayış, münaqişələrin transformasiyası mövzularında biliklərə sahib olmaq və Simulyasiya Oyununda iştirak etmək istəyirsinizsə, layihəmizə qoşula bilərsiniz.
“Oprys” Sosial Simulyasiya Oyunu 2-3 Aprel, 2022 tarixində tam gün olmaqla, Bakı şəhərində keçiriləcək. Oyun Azərbaycan dilində keçiriləcək. Simulasiya Oyununda tam şəkildə iştirak edənlər Sertifikatla təltif ediləcək.
Könüllü Gənclər Birliyi Avropa İttifaqının ‘Stabillik və Sülhə Yardım’ (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilən “Xalqların Birgəyaşayış İmkanları” Simulyasiya Oyunu layihəsinin ikinci mərhələsi üçün iştirakçı qəbulunu açıq elan edir. Simulyasiya oyunu real həyat vəziyyətini təqlid edən, potensial nəticələri yansıtan kompleks qeyri-formal təlim metodudur.
Layihə fəaliyyətlərinin icrasında CRISP təşkilatı, Beynəlxalq Sülh Tədqiqatları və İnkişaf İnstitutu və Bakı İcma Məkanı ilə tərəfdaşlıq həyata keçirilmişdir.
İştirak üçün şərtlər:
> 18-35 yaşında olmaq > Layihənin iki günündə tam şəkildə iştirak etmək üçün vaxt uyğunluğu > Yüksək motivasiya > Sülh, münaqişələrin transformasiyası, inklüzivlik və bərabərlik mövzularına maraqlı olmaq > Qeyri-formal təhsil sahəsində təcrübənin olması arzuolunandır.
Seçim zamanı iştirakçılar arasında gender balansı qorunacaq, məcburi köçkün və qaçqın iştirakçıların iştirakı xüsusilə nəzərə alınacaqdır.
Son müraciət tarixi: 15.03.2022 Yalnız seçilmiş iştirakçılarla müsahibə üçün əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 45
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 28
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...