31 Avqust 13:29

Optimalın Xaçmaz filialında Əmək və Karyera Yarmarkası keçiriləcək

Optimal Elektronika MMC şirkətinin İnsan Resursları Departamenti, Xaçmaz şəhərində yeni açılacaq mebel mağazasında yaranan vakansiyaları işçi ilə təmin etmək məqsədi ilə , 2-3 sentyabr, 2019-cu il tarixlərində saat 11.00-dan 13.00-a qədər Optimalın Xaçmaz filialında Əmək və Karyera Yarmarkası keçirir.

Öz potenisalına inanan hər bir kəsi Əmək Yarmarkasında iştiraka dəvət edirik.

Əmək və Karyera Yarmakasında iştirak etmək Sizə nə verəcək?

 Region kuratoru ilə birbaşa ünsiyyət;
 Fərqli mühitdə özünü və bacarıqlarını daha rahat ifadə etmək imkanı;
 Əmək Yarmarkası zamanı iş təklifi almaq imkanı;
 Təcrübəniz olmadığı halda belə, perspektivinizi nümayiş etdirərək işə düzəlmək imkanı;
 Pozitiv şəraitdə, həyacan keçirmədən özünü və bacarıqlarını işəgötürənə təqdim etmə;

Vakansiyalar haqqında məlumat üçün (012) 954 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Optimalın Xaçmaz filialı (Xaçmaz ray., N.Nərimanov (Mərkəzi xəstəxananın yanı))

Bəyən və paylaş

Rəylər

rəy(lər)