24 Oktyabr 11:49

“Öpülməyən saçlar” qısametrajlı filminin nümayişi keçirilib

Edumap.az xəbər verir ki, “Öpülməyən saçlar” qısametrajlı filminin nümayişi keçirilib. Tədbir, 22 oktyabrda Azərbaycan Dillər Universitetində keçirilib. Filmin əsas mövzusu valideyn-övlad münasbitində ünsiyyət problemi və bundan doğan fəsadlar haqqındadır. Film, “Konstitusiya” Araşdırmalar Fondunun “MitOst” Assosiasiyası ilə həyata keçirdiyi “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində, “İnkişaf Zamanı” əməkdaşlıq proqramının dəstəklədiyi “Mənim Valideynim, Mənim Dostum” – iştirakçı təşəbbüsü əsasında hazırlanıb. Filmin təqdimatında öncə “Mənim Valideynim, Mənim Dostum” layihəsi və “İnkişaf zamanı” proqramı haqqında iştirakçılara qısa məlumat verilib. Filmdən sonra ekspertlər, “GR8”-intəsisçisi Coşqun Kərimov və psixoloq Teymur Mustafa, tərəfindən mövzu ətrafında iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və verilən suallar cavablandırılıb. İki saat davam edən tədbirdə 23 ailə iştirak edib.

14797492_1265856840156448_496343126_n 14798924_1265857150156417_1912428551_n

Bəyən və paylaş

Rəylər

rəy(lər)