9 Oktyabr 18:04

Oracle GroundBreakers Tour – Azerbaijan

Əziz Oracle sevənlər və Machine Learning-ə həvəsi olan dostlar!

Bazar günü –Oktyabr ayının 13-də sizi 5 ölkədən bizə qonaq gəlmiş, dünyanın ən məşhur mütəxəssisləri ilə keçirilən görüşə dəvət edirik!
Oracle EMEA Groundbreaker Turuna Azərbaycanı da saldığımıza görə, bu mütəxəssislər Amerika, Braziliya, Finlandiya, İsveçrə və Tacikistandan Bakıya gəlib öz təcrübələrini sizinlə paylaşacaqlar. Siz kofe-breyk zamanı qonaqlarımıza suallarınızı da verib, cavab ala biləcəksiniz. Xüsusi qonağımız olan Sandesh Rao, Oracle şirkətində Autonomous Database və Machine Learning departamentinin rəhbəridir. Tədbirə giriş ÖDƏNİŞSİZDİR! Görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək. Tədbirdə iştirak üçün aşağıdakı qeydiyyat linkdindən istifadə edə bilərsiniz.

Tədbirə giriş 09:00-da başlayır, açılış çıxışı 09:30-da olacaq.
Mövzular aşağıdakı kimidir:

Sandesh Rao (VP Cloud Diagnosability and RAC Assurance at Oracle)
Introduction to Machine Learning – From DBA’s to Data Scientists
The Machine Learning behind Autonomous Database

Heli Helskyaho (CEO at Miracle Finland Oy)
Machine Learning explained with Examples An Autonomous Database

Ludovico Caldara (Computing Engineer at CERN)
Oracle Drivers configuration for High Availability, is it a developer’s job?

Rodrigo Mufalani (Principal Database Architect chez eProseed)
Patching like hero

Rustam Khodjaev
Experiences in Oracle Academy Program at Educational Institutions of Tajikistan

Bəyən və paylaş

Rəylər

rəy(lər)