5 İyun 12:05

Oriqami dərsi haqqında elan

Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi 19 iyun saat 15:00-da hazırda Azərbaycanda yaşayan oriqami üzrə mütəxəssisi dəvət edib, maraq göstərən şəxslər üçün oriqami dərsi keçirməyi planlaşdırır. Marağı olan şəxslər buyurub iştirak edə bilərlər:

Tarix: 19 iyun(bazar ertəsi)15: 00 (təxmini 1 saat və ya 1 saat yarım davam edəcəkdir)
Dərsin məzmunu:Başlanğıc mərhələ, ilk oriqami təcrübəsi olacaq şəxslər üçün

(Ev,köynək, uçan durna oriqamisini hazırlayacağıq)
Məkan: Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi, 5-ci mərtəbə Mədəniyyət və Məlumat otağı

※Xəritə və ünvanla aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.az.emb-japan.go.jp/itpr_az/00_000097.html

Tədbirdə iştirak ödənişsizdir.
Dərs üçün lazım olacaq oriqami kağızını biz sizə verəcəyik.
Dərsin keçiriləcəyi dil: Azərbaycan dili

<İştirak etmək üçün müraciət qaydası>
Aşağıdakı mail ünvanına 1-dən 5-ci bəndə qədər olan məlumatları daxil edib göndərməyiniz xahiş olunur. Müraciət etmək üçün mail adresi: [email protected]
1. Ad, familiya
2. Əlaqə nömrəsi
3. Yaşınız
4. Cinsiniz
5. Məşğuliyyətiniz (şirkət işçisi, tələbə, evdar xanım və s.)
6. Niyə bizim dərsdə iştirak etmək qərarına gəldiniz?
Son qeydiyyat tarixi: 15 iyun, 17:00

<Qeyd>
Müraciət sayı çox olarsa, qeydiyyatdan keçmiş ilk 30 nəfər iştirak edə biləcəkdir.
• 10 yaşdan kiçik uşaqların böyüklərlə (valideyn və s.) gəlməsi xahiş olunur.
• Dərsin gedişatında çəkilmiş şəkillərin səfirliyin internet, Facebook səhifələri və səfirliyin nəşr etdiyi jurnallarda yerləşdirilməsi düşünüldüyü üçün, bunu nəzərə almağınız xahiş olunur.
Səfirliyimizə ilk dəfə gələcək şəxslərdən qeydiyyat zamanı göstərilən email ünvanına şəxsiyyət vəsiqələrinin surətini də göndərmələri xahiş olunur.
• Dərs günündə gələcək şəxslər tərəfindən səfirliyin təhlükəsizlik qaydalarına zidd hərəkət etmə və ya digər hallar baş verərsə, səfirliyə daxil olmazdan öncə və ya gedişatda dərsdən kənarlaşdırılmağı qərarə alına bilər.

Bəyən və paylaş