“Orkestr məni gözləyir”

PREMYERA! “Orkestr məni gözləyir”
Patrik Züskind’in “Kontrabas” əsəri əsasında
(bir hissəli monotamaşa)

35 yaşlı dövlət musiqi orkestrinin kontrabasçısı öz həyatından, uşaqlığından, gizli sevgisindən danışır. O özünü çox tənha və bədbəxt hiss edir. Amma gizlətdiyi nələrsə var… Bəlkə də heç vaxt, heç kimə demədiyi sirlər əslində onun həyat faciəsinin baiskarıdır.

YARAT Müasir İncəsənət Mərkəzinin səhnəsində göstəriləcək tamaşa Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə 5 ay ərzində hazırlanıb.

Elvin Adıgözəl
Elvin Adıgözəl 18 noyabr 1989-cu ildə Azərbaycanın Goranboy rayonunda dünyaya gəlib. Uşaqlığından başlayan kino sevgisi onu 2005-ci ildə paytaxt Bakıya gətirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində aldığı təhsillə kifayətlənməyərək, Bakı Kamera Teatrı nəzdində aktyorluq kurslarına da yazılır. Bir çox teatr sənətçilərindən dərs alır. 2008-ci ildə işdən kənar pul qazanmaq üçün çalışdığı televiziya kanalının avadanlığı hesabına ilk qısa filmlərini çəkməyə başlayır.
2009-cu ildə çəkdiyi “Dönüş” filmi onu dünya kinosunda azad produsserliklə məşğul olan məşhur Qiyom De Siel (Guillaume De Seille) ilə tanış etdi. Bu tanışlıq filmin çəklişindən 2 il sonra 2011-ci ildə baş verdi. Elvin Adıgözəl 2010-cu ildə çəkdiyi “Dumanda” adlı qısa filmi “START” kinofestivalının juri mükafatına layiq görülür. Sonra “Buqələmun” adlı film çəkir. “Buqələmun” filmi 2013-cü ildə Azərbaycan kino sənəti tarixində ilk dəfə LOCARNO beynəlxalq film festivalının yarışma siyahısına daxil olur. Həmin film 10-na yaxın nüfuzlu festivallarda nümayiş olunub.

11 Fevral, saat 19.00.
YARAT Müasir İncəsənət Mərkəzi
Bayıl qəsəbəsi (Dövlət Bayrağı meydanının yaxınlığında)
Giriş sərbəstdir.

Bir cavab yazın

Back to top button