Oskar Ruiz Navianın “Göbələklər”(“Los Hongos”) adlı kino-dramı nümayiş olunacaq

Oskar Ruiz Navianın “Göbələklər”(“Los Hongos”) adlı kino-dramı 2014-cü ildə lentə alınmışdı.

Ərəb Baharı zamanı küçə rəssamları Ras və Kəlvin nümayişçi-tələbələrin xatirəsinə həsr olunmuş əsər yaratmaq məqsədilə digər qrafiti-rəssamlarla birləşib dəstə təşkil edirlər…
Oskar Ruiz Navia – kinorejissor və prodüser, “Contravia-Films” kinostudiyasının təsisçisidir. “Əkin” (“Siembra”, 2015), “Göbələklər”(“Los Hongos”, 2014), “Solesito” (“Solecito”, 2013), “La Sirga” (“La Sirga”, 2012) və “Yengəc tələsi” (“El vuelco del cangrejo”, 2009) kimi filmləri ilə ad qazanmışdır.
O, müasir Kolumbiya kinosunun ən görkəmli nümayəndələrindəndir. Onun kinorejissor və prodüser kimi ərsəyə gətirdiyi filmlər vətənində də, xaricdə də nümayiş etdirilir. Həmçinin qeyd olunsun ki, onun filmləri Kann, Berlin, Toronto, Lokarno, San-Sebastyan və Rotterdam kinofestivalları kimi böyük festivallarda fərqlənmişdir.

Film ispan dilində nümayiş etdiriləcək, ingiliscə alt-yazıları olacaq.
12 Yanvar 2016-cı il
saat 19:00-da
YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı meydanı yaxınlığında)
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button