“ÖVLADIM ÜÇÜN – Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi

“ÖVLADIM ÜÇÜN – Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində paytaxt və regionlarda təlimlərə start verilir.
İlk təlimi Gəncə şəhərində start götürən layihənin əsas məqsədi ataları öz övladlarına qayğı və məsuliyyətlə yanaşmağa, həmçinin fəal və düzgün atalıq fəaliyyətinə cəlb etməkdir.
Layihə çərçivəsində 3 şəhərdə hər biri 2 gün olmaqla 45 gənc ata ilə birlikdə ümumilikdə 3 təlim keçiriləcək.
Məlumat üçün bildirək ki, layihədə 21-35 yaş arası, məsuliyyətli atalıq konsepsiyasını öyrənməyə motivasiylı, azı 1 övladı olan və ya növbəti 2 il ərzində ata olmağı planlayan şəxslər iştirak edə bilərlər.
Təlimlər 3 rayonda aşağıdakı qrafik üzrə həyata keçiriləcək:
1. Gəncə: 9-10 oktyabr
2. Şirvan: 16-17 oktyabr
3. Bakı: 23-24 oktyabr
Ətraflı məlumat və qeydiyyat üçün linkə daxil ola bilərsiniz: https://forms.gle/kE4s56iTM9m3yjQAA

Related Articles