reklam

“Oxuyaq, öyrənək, öyrədək” layihəsinin daha bir tədbiri AMEA-da keçirilib

“Müasir İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin növbəti tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) keçirilib. BDU-nun, Azərbaycan İlahiyyat İnstitutunun müəllim və tələbələrinin, MEK əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər mütaliə mövzusunda fikirlərini bildirib, tələbələrə oxuma vərdişlərinə dair maraqlı tövsiyələr veriblər.

Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiriMübariz Göyüşlütəmsil etdiyi təşkilatın layihə çərçivəsində gördüyü işlərdən, yaxın günlərdə çap ediləcək kitabdan danışıb. Onun sözlərinə görə bu layihənin icrası nəticəsində kiçik bir qrupa da olsa oxuma vərdişlərini və kitabın əhəmiyyətini anlada bilmək faydalı nəticələr doğuracaq. M.Göyüşlü Azərbaycandakı mütaliə ilə bağlı keçirilən sorğulardan, oxuya marağın azalmasından, gələcək perspektivdə bunun problemli məqamları ola biləcəyini vurğulayaraq, mütaliə mədəniyyətini daim təbliğ etməyin əhəmiyyətini qeyd edib.

AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professorMəmməd Əliyevkitabın əhəmiyyətindən, oxunun faydalarından danışıb. M.Əliyev kitabla ünsiyyətin əhəmiyyətini xüsusi vurğulayıb. O, MEK-də yaradılmış və Azərbaycandakı kitabxana sistemində bir ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondundan, orada toplanan məlumatlardan ətraflı bəhs edib. Professor kitabxanada oxucular üçün yaradılmış şəraitdən, göstərilən xidmətlərdən, zəngin kitab fondundan da danışıb. O, gəncləri kitabxanaya üzv olmağa, onun imkanlarından yararlanmağa, mütaliə etməyə, bilik və informasiyalarını genişləndirməyə çağırıb. MEK-in baş direktoru icra edilən layihənin əhəmiyyətli olduğunu da söyləyib.

AMEA Tarix İnstitutunun şöbə müdiri, dosent, Dövlət Mükafatı laureatıHacı HəsənovMEK-in effektiv fəaliyyətindən, layihənin önəmindən, kitab oxumanın faydalarından ətraflı danışıb. O, gəncləri oxuya, mütaliəyə diqqət ayırmağa çağırıb. H.Həsənov gəncliyində oxuduğu kitablardan, mütaliə ilə bağlı öz təcrübəsindən də danışıb.

Əmək və Sosial Münasibətlər Akademiyasının kitabxanasının müdiriMaya Abdullayevakitabxananın, kitabın əhəmiyyətindən danışıb.

MEK-in icraçı direktoru, fəlsəfə doktoruŞəhla Tahirqızıapreldə kitabla bağlı önəmli günlərin olduğunu, kitabın insan həyatındakı əhəmiyyətini qeyd edib.

MEK-in şöbə müdiriSəyyarə Məmmədovaşüuru qidalandırmaq üçün kitab oxumağın vacib olduğunu söyləyib. O, mütaliənin azalmasının terrorun artması ilə nəticələndiyini vurğulayıb.

Sonda bu formatda tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunub.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az