29 Mart 11:23

Oynadığımız Oyunlar Necə Hazırlanır?

Oyun sahəsi son vaxtlar ən məhşur sahə olmağa başlayıb. Bu formada böyüməyin təsirləri arasında əlbəttə qrafik işləyənlərin gücündəki sürətin artamasının təsiri var. Bundan başqa Ubisoft, Rockstar Games, Electronics Arts, Crytek və Bungie kimi böyük şirkətləri ilə bərabər İndie Developers adıyla tanıdığmız azad oyun proqramçılarının sayının artması da oyun sektorunu canlandıran əsas səbəblər arasındadır. Xüsusilədə son 2-3 ildə həm mobil, həm də kompyuter platformaları üçün irili-xirdalı komandalar üzə çıxmağa başladı.

Oyun necə hazırlanır?

 

Bir oyun hazırlamaq üçün oyun matoru adı verilən köməkçi proqramlardan faydalanmaq lazımdır. Ödənişlidən ödənişsizinə qədər bir çox oyun proqramları oyun proqramçılarının xidmətindədir. Unity 3D, Unreal Engine, cryEngine və Game Maker kimi proqramlarla oyunlar hazırladığı kimi bəzi böyük şirkətlər isə öz oyun proqramlarını hazırlayırlar. Beləliklə oyunlarında daha çevik bir quruluşla keyfiyyətli işlər ortaya çıxara bilirlər. Məsələn, GTA-nın təsisçisi Rockstar Games öz oyun proqramını istifadə etməkdədir. Oyun proqrmaları ilə qrafika, animasiya, səs və modellərin bir-birilə əlaqəsi kodlanır.

 

Oyunlar Hansı Proqramlaşdırma Diliylə Yazılır?

Oyun proqramlarının quruluşuna görə fərqli proqramlaşdırma dillərini istifadə edərək oyun hazırlaya bilərsiniz. Məsələn, Unity 3D ilə C# və JavaScript dillərini istifadə edərkən, CryEngine ilə C++ dilini istifadə edə bilirsiniz. Ancaq, sözün açığı Java, C# və C++ ən çox istifadə olunan oyun proqramlaşdırma dilləri arasında yer alır. Bu dillərin təşkil olunma səviyyəsinə daha yaxın olması səbəbindən cihazları yormayacaq və daha yüksək performans göstərən oyunlar yazıla bilir. Mobil platformalarda isə hal-hazırda ən çox istifadə olunan dillər Java və C# proqramlaşdırma dilləridir. Oyun proqramlaşdırmağa başlayacaqların bu proqramlaşdırma dillərindən ən azı bir dənəsini öyrənməlidir.

Oyun Proqramlaşdırmaya Necə Başlayabilərəm?

Əgər qərarınız bir mobil oyun hazırlayıb, gəlir əldə etmək isə qarşınızda gedəcəyiniz uzun bir yol var. Ancaq ilk mərhələdə proqramlaşdırma dili və oyun proqramlarını istifadə etməyi öyrənməlisiniz. Bundan başqa hansı proqramlaşdırma dilini öyrənib, hansı oyun proqramını istifadə edəcəyinizi də uzun müddət düşünməniz lazımdır. Bu mərhələləri keçdikdən sonra oyunda istifadə edəcəyiniz qrafiklər üçün biraz dəstək almaq lazım olacaq. Ancaq mən bacarıqlıyam, qrafika çizə bilərəm deyirsinizsə də Adobe Illustrator və Adobe Photoshop kimi qrafika proqramlarını bilməniz lazımdır. Əgər qrafikaları hazırlamaqda çətinlik çəkərsinizə də yanınıza bir ortaq tapa bilər ya da bəzi internet saytlarından ödənişli və ya ödənişsiz qrafiklər tapa bilərsiniz.

Bundan sonra isə artıq oyunu kodlaşdırıb, son versiyasına gətirmək, ondan sonra oyun platformalarına yükləmək lazımdır. Uğurlu bir oyun proqramçısı olmaq üçün uzun müddət təcrübə toplamağınız və proqramlaşdırma mədəniyyətinə bələd olmağınız lazımdı. Yaxşı bir oyun proqramçısı olmaq üçün bəzi universitetlərdə Oyun Proqramlaşdırma adı altında keçirilən dərslərini ala bilərsiniz, bundan başqa özəl kurslara yazıla bilərsiniz. STEP Kompüter Akademiyası da özəl kurslarından biridir. Əgər gələcəkdə oyunlar yazmaq istəyirsinizsə, STEP Kompüter akademiyasında proqram mütəxəssisi proqramına qoşula bilərsiniz.

Ətraflı məlumat: itstep.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)