Öyrənmə çətinliyi olan uşaqlara psixoloji dəstək.(Disleksiya, disqrafiya, diskalkuliya)

Öyrənmə çətinliyi olan uşaqlara psixoloji dəstək.(Disleksiya, disqrafiya, diskalkuliya)

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində qalib layihələrdən biri də “Öyrənmə çətinliyi olan uşaqlara psixoloji dəstək (Disleksiya, disqrafiya, diskalkuliya) layihəsidir. Layihənin məqsədi Neftçala rayon məktəblərində öyrənmə çətinliyi olan uşaqların vəziyyətinin dəyərləndirilməsi və bu uşaqlara yerində ixisaslı yardımın göstərilməsindən ibarətdir. Öyrənmə çətinliyi olan belə şagirdlərin daha erkən (məktəbəhazırlıq və ibtidai siniflərdən aşkarlanması) diaqnostika və korreksiya fəaliyyətinə cəlb edilməsi tədris fəaliyyətinin keyfiyyətinə təsiri baxımından mühüm əhəmiyyətə maikdir.
Layihənin digər məqsədi praktik psixoloqların öyrənmə çətinliyinin etiologiyası habelə belə uşaqlarla psixi in¬kişa¬fın diaqnostikası, profilaktikası psixokorreksiyası ilə bağlı təlimlərin təşkilidir. Bu məqsədlə layihədə nəzərdə tutulan ilk 4 günlük təlimə sizləri dəvət edirik.
Təlimin adı : Xüsusi öyrənmə çətinliyi – tətbiqedici disleksiya, diskalkuliya, disqrafiya təlimi
Tarix : 11-14 yanvar – 4 gün. 8saat , hər gün 2 saat olmaqla.
Təlimin məqsədi:
Xüsusi öyrənmə çətinliyi yaşayan uşaqların psixo-pedaqoji problemləri.
Xüsusi örənmə çətinliyi olan uşaqlarla işləmə metodikaları, diaqnostik və korreksiyaedici psixoloji alətlərlə tanışlıq.
Xüsusi öyrənmə çətinliyinin bütün alt sahələrini öyrənərək uşaqlarımızın təhsilini planlama qabiliyyətini inkişaf etdirmək.
Təlimdən nə əldə edəcəksiniz?
1. Xüsusi öyrənmə çətinliyi nədir?
2. Diaqnoz necə və hansı yaş dövründə qoyulur?
3. Xüsusi öyrənmə çətinliyi dedikdə nə başa düşülür?
4. Xüsusi öyrənmə çətinliyinin əlamətləri (dil, diqqət, organizasyon, motor koordinasiya, qavrama sahəsi, hafizə vəs.)
5. Diaqnostika necə aparılır?
6. Erkən diaqnostikanın əhəmiyyəti və ilkin dəyərləndirmə.
7. Xüsusi öyrənmə çətinliyi olan uşaqlarla xüsusi təlim proqramı necə hazırlanır?
8. Ailənin və yaxınların yardımı necə olmalıdır?
9. Xüsusi öyrənmə çətinliyi olan uşaqlarla korreksiyaedici iş.
10. Disleksiya ilə əlaqəli səhv bilinənlər.
11. Sual-cavab
Seminarda kimlər iştirak edə bilər: Məktəb praktik psixoloqları. Layihə əsasən Neftçala, Salyan rayonlarını əhatə etdiyi üçün bu rayonlarda fəaliyyət göstərən məktəb praktik psixoloqlarına üstünlük veriləcəkdir.
ONLİNE QEYDİYYAT:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdwUXXF0VlTRoNFs4BQs1l_yBfo0N_yx5VnZNFbVAEDD99FoQ/viewform?usp=sf_link
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
Tagıyev Elmir: 050 7562121.
E-mail: [email protected]

Bir cavab yazın

Back to top button