27 Fevral 12:01

“Öyrənməyi necə öyrənməli” ÖDƏNİŞSİZ Təlimi 

“Öyrənməyi necə öyrənməli”

Təlim 

Siz diqqətinizi qarşıya qoyulan tapşırığa necə yönləndirməyi öyrənəcək, yeni və çətin materialı asanlıqla yadda saxlaya biləcək və yaddaşınızı möhkəmlədəcəksiniz. İşləri sonraya saxlamamaq üçün sadə vasitələri ilə tanış olacaqsınız. Doktor Oukli sübut edir ki, hər kəs öz düşüncə tərzini dəyişə və effektiv özünütəlim yollarına yiyələnə bilər. Bu təlim sizin tədris prosesinə münasibətinizi kökündən dəyişəcək.

*Təlim ingilis dilində, lakin azərbaycan dilinə sinxron tərcümə ilə həyata keçiriləcəkdir. 

Barbara Oukli

Təlimçi, ABŞ

Oakland Universitetində maşınqayırma üzrə professor, elmlər doktoru, mühəndis-konsultant, Amerika Tibbi və Bioloji Maşınqayırma İnstitutunun idarə heyətinin üzvüdürOnun araşdırmaları “inqilabi” adlandırılıb, Amerikanın The New York Times  The Wall Street Journal kimi nəşrlərində dərc edilib. O, təlim sahəsində çoxsaylı mükafatlara layiq görülüb, onlarla kitab və elmi nəşrin müəllifidir (“Learning how to learn”, “Mindshift – Break Through Obstacles to Learning and Discover Your Hidden Potential” və “Pathological Altruism”). Dünyada məşhur olan Coursera platformasında “Öyrənməyi necə öyrənmək” mövzusunda təlimlərin müəllifi və aparıcısıdır. O, sübut edir ki, düşüncə tərzini dəyişən hər kəs effektiv öyrənmə üsullarına yiyələnə bilər.

Açılış mühazirəsi: 7 Mart, saat 18:00

Məkan: ADA universiteti

Təlimlər: 8, 9 Mart, saat 11:00

Məkan: ADA universiteti

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)