12 Aprel 07:17

“Öz biznesinə başla!” seminarı

Hörmətli gənclər,

Sizi “Youth Inc.” Proqramının biznes seminarında iştirak etməyə dəvət edirik. 16 aprel 2016-cı il tarixində saat 10:30-da keçiriləcək “Öz biznesinə başla!” seminarında iştirak etməklə siz, biznes sahəsi haqqında məlumat əldə edə və təqdimat bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.

Seminarın məqsədi gəncləri biznes sahəsində marifləndirmək və təlimləndirməkdir və onlara şəxsi bizneslərini qurması üçün dəstək olmaqdır.

Seminar “Youth Inc.” proqramında seminar kursunu keçmiş multipleyerlərin həmyaşıd gənclərə biznes sahəsində öz bilik və bacarıqlarının ötürülməsini nəzərdə tutur. Seminarda iştirak edərək siz biznes ideyanın formalaşdırılması haqqında ətraflı məlumatlandırılacaqsınız.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC), “Coca-Cola” şirkəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “Youth Inc.” proqramı gənc sahibkarlığın inkişafı üçün bir sıra alətlər təklif edir. Son iki ildə “Youth Inc.” çərçivəsində 8 yeni şirkət qurulub, 5 minə yaxın gənc proqramın müxtəlif tədbirlərində iştirak edib. Proqramın məqsədi Azərbaycanda biznes-inkubasiya üsullarının istifadəsi ilə gənc sahibkarlığa dəstək olmaqdır. Şəxsi biznes ideyasını həyata keçirmək istəyən gənclər üçün əsas mərkəzə çeviriləcək “Youth Inc.” biznes inkubatorunun bu il açılışı olub. Biznes inkubatorunda sahibkar olmaq istəyən gənclərə müxtəlif təlimlər, seminarlar və təqdimatlar keçirilir.

Seminarda iştirak üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz:
http://youthinc.az/az/events-view/20

Qeyd: SEMİNAR ÖDƏNİŞSİZDİR.
SON QEYDİYYAT TARİXİ: 14.04.2016, saat: 12.00
Seminarın keçiriləcəyi ünvan:

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Seminarı təqdim edən: “Youth Inc. Gənc Sahibkarlıq Proqramı”-nın multiplayeri,
Kənan Məmmədov

Əlavə məlumat üçün:

Mobil telefon: 077 421 11 41
E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)