Öz Biznesinə Başla! – Seminarı SDU Sumqayıt Dövlət Universiteti

“Youth Inc.” Sahibkarlıq Proqramı gəncləri multipleyer Şölə Abbasovanın təqdimatında keçiriləcək növbəti seminara dəvət edir.
Seminar “Öz Biznesinə Başla! Yeni Mövsüm” layihəsi çərçivəsində keçirilir.

Seminarda iştirak edərək, Siz ideyanızı reallaşdırmaq üçün “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinə müraciət edə biləcək, ideyanızı formalaşdırmaq üçün Biznes İnkubasiya Mərkəzinə dəvət ediləcəksiniz. Eyni zamanda Seminarda biznes ideyanın formalaşdırılması, məqsədlərin qoyulması, biznes ideyanın təhlilinin aparılması, biznesin qeydiyyatı, investorların cəlb olunması, maliyyə mənbələrinin tapılması və s. mövzularda bilik və məlumatlarınızı artıracaqsınız.

Təlim tamamilə ÖDƏNİŞSİZDİR!
Tarix: 28.04.2017 / Saat: 14:00
Məkan: Sumqayıt Dövlət Universiteti, Sumqayıt, Azərbaycan
43cü məhəllə.

Qeydiyyat üçün: https://youthinc.typeform.com/to/b17oOV

Seminarda yalnız qeydiyyatdan keçmiş gənclər iştirak edə biləcək.
Əlaqə nömrələri: 012 594 61 41; 055 421 11 41

Bir cavab yazın

Back to top button