4 Mart 20:16

“Öz gününü YAR’at” – adlı mini forum keçiriləcək

Iddialı, məqsədyönlü və çalışqan xanımlar üçün hər gün bayramdır. Xaricdə təhsil almaq, təcrübə qazanmaq və özünü inkişaf etdirmək isə bütün xanımların haqqıdır.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, “Azərbaycan – Britaniya Məzunları” İctimai Birliyi və “Sosial Biznes Gənclər Mərkəzi”nin tərəfdaşlığı ilə 9 mart , saat 15:00 – 18:00 – da “Öz gününü YAR’at” – adlı mini forum keçiriləcəkdir. Forumun əsas məqsədi beynəlxalq müstəvidə özünü sınamaq istəyən xanımlara dəstək göstərmək və onların qarşılaşdıqları çətinlikləri, sualları müzakirə etməkdən ibarətdir.
Savadlı ana, savadlı cəmiyyət və gələcək deməkdir. Bu istiqamətdə xanımları dəstəkləyən bəyləri də forumda iştirak etməyə dəvət edirik. Forum 3 hissədən və kofe fasiləsindən ibarət olacaqdır.

Spiker 1 – “Qərbdə Oxumaq Çətindirmi?” – Səkinə Vəliyeva ( University of Manchester )
Spiker 2 – “Asudə vaxtın dəyərləndirilməsi” – Zümrüd Cəlilova ( University of Bristol)
Spiker 3 – “Bu yolda rastlaşdığımız problemlərlə mübarizə” – Zümrüd İsmayılova ( Adam Mickiewicz University – Erasmus )

Qeydiyyat: https://bit.ly/2ELH2Zx
Yalnız qeydiyyatdan uğurla keçmiş iştirakçılarla əlaqə saxlanılacaq.
#baku #Azerbaijan #youthacademy
Daha ətraflı:
📞 (+994) 70 440 51 43
(+994) 12 440 51 43
📍Nəsimi r., Kaveroçkin küç. 30

Bəyən və paylaş

Rəylər

rəy(lər)