“Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsinin 4-cü proqramına başlayıb
NEXT STEP İnnovasiya Mərkəzi layihələrin akselerasiya proqramına daxil edilməsi üçün ənənəvi olaraq həyata keçirtdiyi “Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsinin 4-cü proqramına başlayıb.
Müsabiqəyə qeydiyyat üçün iyulun 1-dən sentyabrın 1-nə qədər NEXT STEP İnnovasiya Mərkəzinin internet səhifəsinə (www.icnextstep.com/project) daxil olaraq layihə qəbul forması doldurmalıdır.
Müsabiqədə iştirak şərtləri, layihələrin öncədən dinlənilməsi və digər məsələlər üçün iyulun 1-dən seminarlar və kansultasiyalar veriləcək.
Müsabiqə şərtlərinə cavab verən layihə rəhbərlərinə sentyabrın 10-a qədər müsabiqədən keçib-keçmədikləri haqqında məlumat veriləcək. Bu mərhələdən keçən layihələrin təqdimat gününə hazırlaşmaları üçün əlavə təlimatlar veriləcəkdir.
4-cü “Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsinin qaliblərini bu dəfə 3 aylıq proqram çərçivəsində daha geniş imkanlar gözləyir. Bunlar aşağıdakılardır:
– Tam təchizatlı müasir dizaynlı ofis şəraiti
– Həftəlik layihə əsaslı ABŞ-dan mentor dəstəyi – Professor Naeem Zafar
– Həftəlik ümumi ABŞ-dan “Təşəbbüskarlıq” təlimi – Rick Rasmussen
– Məhsul istehsalı olan layihə üçün laboratoriya şəraiti və avadanlıqların təşkilinə dəstək
– Minimum tələbatı ödəmək üçün ayda 2000 AZN-ə qədər maddi dəstək