9 Sentyabr 14:31

Öz Şəhərini Dəyiş Üçün Müraciət Elanı

IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirələn Öz Səsini Kəşf Et proqramı çərçivəsində Öz Şəhərini Dəyiş (ÖŞD) üçün müraciətləri qəbul edir.

Öz Şəhərini Dəyiş (ÖŞD) Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 80 nəfər gənc qadına sosial iştirakçılıq və layihə idarəetməsi barədə lazımi bilik və bacarıqları vermək məqsədi daşıyır. ÖŞD ümumilikdə iki dalğada həyata keçiriləcək. Hər dalğada uyğun olaraq 40 iştirakçı seçiləcəkdir.

ÖŞD iştirakçıları sosial iştirakçılıq, yerli icmalara töhfə verilməsi üçün layihə yazılması və idarə edilməsi ilə bağlı mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz layihə ideyalarını inkişaf etdirərək, dəstək almaq üçün təqdim edəcəklər.

Öz Səsini Kəşf Et proqramının məqsədi gənc qadınların yerli icmalarına uzunmüddətli töhfə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc qadın öz icmalarını yaxşılaşdırmaq üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək: Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.

Müddəti: 3 ay;

Başlama tarixi: 1 oktyabr;

Kimlər müraciət edə bilər: 18-30 yaş arasında, Bakı və Sumqayıtda yaşayan gənc qadınlar;

Müraciət üçün son tarix: 20 sentyabr 2019.

Müraciət üçün onlayn qeydiyyat formasını (https://forms.gle/7ekmA1scYnQXBqzDA) doldurmağınız xahiş olunur. Müraciət etmiş şəxslər müsahibəyə dəvət ediləcək.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

Email: [email protected]

Telefon: +994 12 4372944

Mobil: +994 50 2254525

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə

Bəyən və paylaş

Rəylər

rəy(lər)