Özbəkistan KİV-lərində Azərbaycanın “Kəlağayı” – qadın baş örtüyü barədə geniş məqalə yayımlamışdır

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın “silkway.uz”, “1news.uz” saytlarında “Келагаи — азербайджанский национальный женский головной убор”  adlı məqalə yayımlanmışdır.

Məqalə müəllifi qeyd edir ki, hər bir xalqın milli geyimində dünyada tanınmış müəyyən elementlər var:  Məsələn, baş geyimləri: Koreyalı qat, yəhudi təsəyi, meksika sombrero, özbək araxçını, azərbaycan kəlağayısı.

Daha sonra  müəllif “Kəlağayı” haqqında geniş məlumat verir: yazır ki, “kəlağayı” ipək yaylıq olan baş örtüyünün geniş istifadə olunan növlərindən biri sayılır və Azərbaycanda geniş yayılmışdır.

Müəllif məqalədə yazır: Kəlağayı üçün ən qədim və geniş yayılmış süjet cüt quş təsvirləri: tovuz quşu, ən sevimli bitki motivləri: qızılgül, qərənfil, lalə, zanbaq, güllərdən:  süsəngül, nərgiz, meyvələrdən isə nar, heyva və müxtəlif formalı yarpaqların cizgiləri təşkil edir.

Məqalədə vurğulanır ki, Azərbaycan qədim ticarət yolu olan Böyük İpək yolunun üzərində yerləşmiş  və  ölkəmiz daim ticarət üçün tranzit rolu oynayır.

Ölkəmizin iqlim şəraitinin burda ipəkqurdu toxumunun yetişdirilməsinə şərait yaratdığını və nəticədə heç də Çin ipəyindən geri qalmayan Azərbaycan ipəyinin hazırlanmasına imkan verdiyi məqalədə qeyd edilir.

Məqalədən sitat: Azərbaycanda ilkin orta əsrlərdə ənənəvi ipək parça emalını mərkəzlərinin formalaşdığını yazan müəllif qeyd edir ki, ölkəmizin Basqal, Gəncə, Şəki, Şirvan şəhərlərində ipək parçaların hazırlanması geniş yayılmışdır.

Müəllif sonda yazır: UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Məqalədə qeyd edilir ki, Kəlağayı haqqında məlumatlar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırlanmış və  Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya kəlağayının bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilməsi barədə sənədi təqdim etmişdir.

Məqalənin tam versiyası ilə http://www.silkway.uz/newsmore/6965 və http://1news.uz/ru/kultura/kelagai-azerbaydzhanskiy-natsionalnyiy-zhenskiy-golovnoy-ubor/ linkində tanış olmaq mümkündür.

Bir cavab yazın

Back to top button