Özümüzlə Üz-üzə fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı

Əziz dostlar!

Bakı Amerika Mərkəzində “Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı çərçivəsində interaktiv seminarlar və görüşlər keçiriləcəkdir!

“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı Azərbaycanda və post-sovet ölkələrində hələ geniş yayılmayan Fəlsəfi Terapiya istiqamətində aparılan maarifləndirici proqramdır. Bu, hər iştirakçıya öz fəlsəfəsini anlamaqda yardım edən, bir çox şəxsi suallarına cavab verməyi və yenilərinin qarşısını almağı, öz düşüncəsini idarə etməyi öyrədən bir söhbət növüdür.

Seminarlar və görüşlər əsasən aşağıdakı istiqamətlər üzrə aparılır:

1. İnsana öz zehnindən açılan imkanları göstərməklə ona öz potensialınıtanıtmaq.

2. Həyatda qorxu yaradan məsələlərin iç üzünü açmaqla səbəbsiz qorxuları ortadan qaldırmaq.

3. İnsana ayrı düşdüyü milli-mənəvi kökü ilə bağlılığını artırmaq vəbununla özünə güvəni möhkəmləndirmək.

4. Öz Mən-ini idrak yollarını araşdırmaq.

5. Həyata və hadisələrə doğru yöndən yanaşıb, düzgün sual verməyi öyrətmək.

Proqramın aparıcıları:

Elmir Əkbər – psixoterapevt, psixoanalitik, V. M. Bexterev adına Psixonevroloji Araşdırmalar İnstitutu məzunu

AMEA-nın müxbir üzvü – Prof. dr. Könul Bünyadzadə

İlk seminarın mövzusu “İlahi və bəşəri eşq”dir.

Tarix: 4 noyabr
Saat: 15:00
Ünvan: R. Behbudov, 134, Azərbaycan Dillər Universiteti
Əlaqə: (012) 441 36 80

Görüşlər ayda 2 dəfə keçiriləcəkdir. Seminarlarda iştirak TAMAMİLƏ ÖDƏNİŞSİZDİR və öncədən qeydiyyat tələb olunmur.

Rəylər

rəy(lər)