12 May 23:08

Özünəqapanıqlığın səbəbləri və onun həlli yolları

Əziz dostlar!

“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramının növbəti seminarına dəvətlisiniz!

ABŞ məzunlari ilə iş çərçivəsində keçirilən “Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramının 15 mayda baş tutacaq seminarının mövzusu “Özünəqapanıqlığın səbəbləri və onun həlli yolları” olacaq.

“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı Azərbaycanda və post-sovet ölkələrində hələ geniş yayılmayan Fəlsəfi Terapiya istiqamətində aparılan maarifləndirici proqramdır.

Proqramın aparıcıları:

Elmir Əkbər – psixoterapevt, psixoanalitik, V. M. Bexterev adına Psixonevroloji Araşdırmalar İnstitutunun məzunu və Azərbaycanda nümayəndəsi və koordinatoru, ABŞ Dövlət Departamentinin IVLP (International Visitor Leadership Program ) proqramının, Vyana (Avstriya) Psixoterapiya və Moskva Psixoanaliz İnstitutlarının məzunu

Prof. dr. Könul Bünyadzadə – AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun şöbə müdiri

🗓 15 may
🕠 17:00
📍 R. Behbudov, 134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə, Bakı Amerika Mərkəzi
☎️ (012) 441 36 80 / 441 22 79 (daxili – 124)
📧 [email protected]

Seminarda iştirak TAMAMİLƏ ÖDƏNİŞSİZDİR və öncədən qeydiyyat tələb olunmur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)