13 Avqust 15:16

“Özünlə başla” layihəsinə qeydiyyat başladı

Gənclər, yay tətilinizin yadda qalan olmasını istəyirsiniz?
q qatılaraq bunu bizimlə birgə mümkün edə bilərsiniz!☀️🌅
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi, Sabunçu Gənclər Evinin tərəfdaşlığı və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin təşkilatçılığı ilə Nəsiminin 650 illiyinə həsr olunmuş “Özünlə başla: Yay məktəbi” keçiriləcəkdir.

5 gün ərzində keçirilən yay məktəbində 14-17 yaşlı gənclər üçün Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində tədris və əyləncə proqramlarının, təlim və seminarların təşkili, intellektual yarışların və maraqlı oyunların keçirilməsi nəzərdə tutulmuşdur.
Layihə 26-31 avqust tarixlərində baş tutacaqdır.
Layihənin iştirakçılarının seçimində aşağıdakı hallar xüsusi nəzərə alınacaqdır:
1)şəhid ailələri və ya aztəminatlı ailələrdən olan gənclər
2)ictimai fəal və istedadlı gənclər
Qeydiyyat linki: https://sabunchuge.typeform.com/to/viM1Iy
Son müraciət tarixi: 20 avqust

Bəyən və paylaş

Rəylər

rəy(lər)