5 Avqust 14:53

Özünü kəşf et / Böyüklər üçün ustad dərsi

“Özünü kəşf et” ustad dərslərinin yeni, rəngarəng proqramını sizlərə təqdim edirik. Siz peşəkar rəssamlar tərəfindən keçirilən ustad dərslərində müxtəlif təsviri sənət üslubları və texnikaları ilə tanış olacaqsız. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. İştirakçılar bütün ləvazimatlarla təmin olunacaqlar.
Ustad dərsləri həftənin çərşənbə günləri, 19:00-21:00 saatlarında keçiriləcək.

Proqram :

7 avqust – Əsmər Nərimanbəyova
Mövzu: “Abşeron motivləri: Yay”
14 avqust – Kənan Əliyev
Mövzu: “Kompozisiya” (heykəltəraşlıq)
21 avqust – Vüsalə Ağarazıyeva
Mövzu: “Əbədi trio”

Yerlərin sayı məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.

Qeydiyyat çərşənbə – bazar günü, saat 12:00’dan 20:00’a kimi aparılır (050 251 41 15)
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (YARAT Mərkəzinin yanı)

Bəyən və paylaş

Rəylər

rəy(lər)