31 Oktyabr 22:27

Özünü kəşf et / Böyüklər üçün ustad dərsi

“Özünü kəşf et” ustad dərsi noyabr ayına olan proqramı ilə qarşınızdadır. Ustadlarımız öz təcrübələrini sizlərlə paylaşaraq, “rənglər vasitəsi ilə özünüzü necə ifadə etmək olar?” sualına cavab tapmağa kömək edəcəklər.

İştirakçılar bütün ləvazimatlarla təmin olunacaqlar. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər.

Ustad dərsləri çərşənbə günləri, 19:00 – 21:00 saatlarında keçiriləcək.

Proqram:
6 noyabr – Mirazər Abdullayev
Mövzu: “Bakıdan salamlar”
13 noyabr – Lamiyə Quliyeva
Mövzu: “Özünü kəşf et” (art terapiya)
20 noyabr – Rəşad Mehdiyev
Mövzu: “Kontrast”
27 noyabr – Müseyib Əmirov
Mövzu: “Təsvir edirik”

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.

Qeydiyyat çərşənbə axşamı – bazar günü, saat 12:00-dan 20:00-dək aparılır (0502514115)

Ünvan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (YARAT Mərkəzinin yanı)

Bəyən və paylaş

Rəylər

rəy(lər)