30 Avqust 18:20

Özünü kəşf et / Böyüklər üçün ustad dərsləri

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyində nümayiş olunan “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgiyə həsr olunmuş “Özünü kəşf et” layihəsi çərçivəsində YARAT böyüklər üçün ustad dərslərini təşkil etməyə davam edir.

Ustad dərsləri zamanı peşəkar rəssamların rəhbərliyi ilə, siz yaradıcı potensialınızı kəşf edə və sənət dünyası ilə yaxından tanış ola biləcəksiniz. Dərslər həm təcrübəsiz, həm də dəfələrlə rəsm çəkənlər üçün nəzərdə tutulmuşdur.

Ustad dərslər hər çərşənbə, 19:00-21:00 saatlarında keçiriləcək. İştirakçılar bütün ləvazimatlarla təmin olunacaqlar

Sentyabr proqramı:
5 sentyabr – Gülnarə Ələkbərli
Mövzu: Təbiət motivləri (linoqravüra)

19 sentyabr – Səbinə Şıxlinskaya
Mövzu: Natürmort

26 sentyabr – Əli Şəmsi
Mövzu: Sərbəst

İştirakçıların sayı məhduddur (20 nəfər)

Qeydiyyat çərşənbə – bazar günü, saat 12:00-dan 20:00-dək aparılır (0502514115)
Ünvan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (Dövlət Bayrağı Meydanının yaxınlığı)

Bəyən və paylaş