2 Dekabr 17:54

“Özünü kəşf et” ustad dərsi dekabr ayı proqramı ilə qarşınızdadır

“Özünü kəşf et” ustad dərsi dekabr ayı proqramı ilə qarşınızdadır.
Ustadlarımız öz təcrübələrini sizlərlə paylaşaraq, “rənglər vasitəsi ilə özünüzü necə ifadə etmək olar?” sualına cavab tapmağa kömək edəcəklər.

Bütün ləvazimatlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi tərəfindən qarşılanacaq. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər.

Ustad dərsləri çərşənbə günləri, 19:00-21:00 saatlarında keçiriləcək.

Proqram:

4 dekabr – Anar Şəmsiyev
Mövzu: “İmpressionizm”

11 dekabr – Zaira Nadiraşvili
Mövzu: “Mən” (ustad dərsi Rus dilində keçiriləcək)

18 dekabr – Səbinə Şıxlinskaya
Mövzu: “Əsərin müəllif surəti”

25 dekabr – Səbinə Şıxlinskaya
Mövzu: “Kolorit – çiçək kombinasiyaları”

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir!

Qeydiyyat çərşənbə axşamı–bazar günü, saat 12:00-dan 20:00-dək aparılır (0502514115)
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (Bayıl, YARAT Mərkəzinin yanı)

Bəyən və paylaş

Rəylər

rəy(lər)