5 Noyabr 14:40

“Özünü mənə sat” adlı satış təlimi

Hörmətli gənclər,
Sizi 7 noyabr 2015-ci il tarixində saat 11:30-da “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində baş tutacaq “Özünü mənə sat” adlı satış təliminə dəvət edirik.
Təlim “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi(DVC), “Coca-Cola” şirkəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “Youth Inc.” Proqramı çərçivəsində təşkil edilir.

Təlimin məqsədi kreativ ideyalara malik olan gənclərin satış bacarıqlarını inkişaf etdirmək və satış texnologiyaları haqqında məlumatlandırmaqdır.

“Özünü mənə sat” mövzusunda keçiriləcək satış təlimində iştirak edəcək gənclər sonrakı mərhələlərdə artıq peşəkar sahibkarlarla daimi görüşlərdə iştirak etmək şansı əldə edəcəklər. Tədbir çərçivəsində gənclərə satış haqqında geniş bilik və bacarıqlar veriləcək, təlim sahibkarlara satış həyata keçirmələri, bazarda məhsulu düzgün təqdim etmələri, sahibkarlıq imicini yaratmaları və bunun üçün düzgün məqsədləri qoymaları üçün faydalı olacaq.

Təlim peşakar təlimçi Teymur Kuseba tərəfindən keçiriləcək. Təlimçi haqqında ətraflı məlumatı nəzərinizə çatdırırıq:
19 Oktyabr 1992-ci ildə Bakıda anadan olub. Avarçəkmə üzrə Azərbaycan Milli Komandasının üzvü, 15-18 yaş arası milli komandanın kapitanıdır, 8 dəfə Azərbaycan Çempionu, Russiya Çempionu, Ukraynanın bürünc medalçısı, beynalxalq çempionatlarda çempion və medalçı, Avropa Çempionatının və dünya çempionatlarınının finalistidir. INTERSELIGER 2014 – Beynalxalq Gənclər Forumunun iştirakçısıdır.VISA International (6 ay) tərəfindən keçirilən Bonus Layihəsinin başçısıdır. Beynalxalq Uşaqlar Gününə həsr edilmiş “Həyat ver!” (“Give the Chance”) adlı xeyriyə kampaniyasının təşkilatçısıdır. “SAYAT” Sağlam Gənclər Sosial Birliyinin rəhbəridir. Google və Lenovo-nun “Space Witricity” layihəsi ilə birgə həyata keçirdiyi “YouTUBE Space LAB” müsabiqəsinin finalçısıdır.Gənclər Nazirliyindən “NO SMOKING AREA” adlı layihəsinə görə qrant qazanıb. CRDF Qlobal Müsabiqədə “RA” layihəsinə görə qrant qazanıb. “Green Baku”- da könüllülük fəaliyyəti ilə məşğul olub(ekoloqiya qeyri-hökümət köllülük təşkilatı). Global Shaper İcmasının üzvüdür. Qeyd edək ki, Teymur Kuseba Besmart şirkətinin Marketinq bölməsinin rəhbəridir. Həmçinin, Barama Biznes İnkubasiya Mərkəzində 2 start-ap yaradıcısıdır.

“Youth Inc.”” Proqramı gənc sahibkarlığın inkişafı üçün bir sıra alətlər təklif edir. Son iki ildə ““Youth Inc.”” çərçivəsində 8 yeni şirkət qurulub, 5 minə yaxın gənc proqramın müxtəlif tədbirlərində iştirak edib. Proqramın məqsədi Azərbaycanda biznes-inkubasiya üsullarının istifadəsi ilə gənc sahibkarlığa dəstək olmaqdır.

– İştirakçı olaraq 18-29 yaş arası sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər dəvət olunurlar.
– Təlim rus dilində keçəcək və ödənişsizdir.
– Təlim iştirakçıları anket sorğusunun göstəricilərinə görə seçiləcəklər.
– Təlim 2 saat davam edəcək.

Yerlər MƏHDUDDUR! UĞURLU SATIŞIN SİRRLƏRİNİ PEŞƏKARLARDAN ÖYRƏNİN!

Son qeydiyyat tarixi: 06 noyabr 2015-ci il, saat 09:00
Məkan: “Youth Inc.” Biznes Inkubasiya Mərkəzi, Lev Tolstoy küç. 131.

Təlimdə iştirak üçün aşağıdakı linkdən formanı doldurmağınız xahiş olunur.
http://goo.gl/forms/tuN3kuUJNE

Əlavə məlumat üçün:
Günay Əzizova
Mobil telefon: 050 581 40 60
E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)