13 Aprel 12:57

Özünü YARAT: Natavan Əliyeva

17 aprel tarixində YARAT Mərkəzində dizayner Natavan Əliyeva ilə görüş keçiriləcək.
Natavan Əliyeva XIX əsrin geyim və aksessuarlarının kolleksiyaçısı, Natavan Qalereyasının və Natavan Moda Məktəbinin təsisçisidir. Onun tələbələri Azərbaycan, Gürcüstan, Türkiyə və Tacikistanda keçirilən Yüksək Moda Həftəsində öz işlərini təqdim ediblər.

Tədbir, yaradıcı və müvəffəqiyyətli insanların təcrübələrini və nou-haularını paylaşdığı yeni “Özünü yarat!” layihəsi çərçivəsində keçiriləcək. Gəlin və yaradıcı potensialınızı və gözəl fikirlərinizi uğurlu bir layihəyə necə çevirəcəyinizi öyrənin.

17 aprel, 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)