“Özünüməşğulluğa Dəstək Layihəsi” üzrə müraciət  qəbulu  prosesi sadələşdirildi

“Özünüməşğulluğa Dəstək Layihəsi” üzrə müraciət  qəbulu  prosesi sadələşdirildi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Azərbaycanın kommersiya bankları tərəfindən həyata keçirilən “Özünüməşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu prosesi daha da sadələşdirildi.

 

Layihəyə cəlb edilmək istəyən işsiz aztəminatlı şəxslər, o cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslər Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “layihə müraciət formu”na  (https://forms.gle/bJ4uBBB8fNPFeYyc9) daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

2020-ci il ərzində 1000 nəfər işsiz şəxs üçün bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması nəzərdə tutulub.

Layihəyə qoşulmaq üçün e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə də müraciət etmək olar.

Bir cavab yazın

Back to top button