21 Oktyabr 07:04

Paltarlı Çılpaq Qadın

Evdə geyinir qadın,
həmişəki iş paltarın.
Paltarda çıxır evdən,

çılpaq keçir heyətdən.

Səkiyə çılpaq çıxır,
baxsa da çılpaq baxır.
Tini də çılpaq dönür,
döndüsə həyat sönür

Bədəni qarlar tek ag,
dayanacaqda da çılpaq.
Aparır yollar işə,
çılpaq gedir həmişə.

İşi biraz başqadı,
hamı fərqli yaşdadı.
Qadın gələndə hərdən,
paltar geyinir birdən.

Artıq hava qaralır,
işin vaxtı daralır.
Gözləyir onu əri,
və körpə körpələri.

Gözləyirdiz bax gəlir,
nə yazıq çılpaq gəlir.
Bədəni qarlar tək ağ,
dayanacaqda da çılpaq.

O paltara bürünür,
tində çılpaq görünür.
Səkiyə də çılpaq çıxır,
baxsa da çılpaq baxır.

Heyəti çılpaq keçir,
paltarla evə girir
Sevincekdi ailəsi
gəlib evin qönçəsi

Keçib qonşu otağa
soyundugu yatağa
qoyur kiçik çantasın
və boşaldır yaxasın.

Geydiyi paltarların
soyunub qoyur rəfə
Bədənində gəzir əl
amma bilmir o gözəl

Səhər gün başlayandan
gəlincə günün sonu,
yad gözlərdə min dəfə
soyundururlar onu.

Hər gün çılpaq gəzsə də
paltar alır, don seçir.
Hər gün geyib gəzsə də
həyatı çılpaq keçir…

Gərayxan Rüstəmov. . .

Bəyən və paylaş

Rəylər

rəy(lər)