23 İyul 18:57

Panda School Təcrübə Proqramı

Hara müraciət edirsinizsə, sizdən iş təcrübəsi istəyirlər? İş təcrübəsi üçün də bir yerdən başlamaq lazımdır. Biz sizə bu şəraiti yaradırıq.

Panda School komandasına qoşulub həm inkişaf etmək, həm də mehriban kollektivdə real iş təcrübəsi qazanmaq üçün elə indi müraciət et!

KÖNÜLLÜ təcrübə proqramı olacaq sahələr:

  1. Satış meneceri;
  2. Ofis meneceri;
  3. Təşkilatçı menecer;
  4. SMM meneceri;
  5. Dizayner.

Tələblər:

-Öz üzərində çalışqan;
-Aktiv və enerjili;
-Ünsiyyətcil olmaq;
-Sumqayıtda yaşayış.

Könüllü təcrübə proqramının məqsədi gənclərin asudə vaxtlarını səmərəli dəyərləndirməsi, bacarıqlarını təkmilləşdirməsi, iş təcrübəsi qazanması, komanda ilə işləmə bacarığının artırmasıdır. Proqram sonrası onların iş aktivliyi, verilən tapşırıqları yerinə yetirmələri, kreativliyi və s. nəzərə alınmaqla 1, 2 və ya 3-cü dərəcəli sertifikat və tövsiyə məktubu əldə edəcəklər.

Seçilmiş tələbələrin gələcəkdə komandada işləmək şansı böyükdür.

Uyğun namizədlərin öz CV-lərini [email protected] ünvanına uyğun başlıqla (məsələn, “könüllü -Satış meneceri”), “könüllü- SMM meneceri”) göndərmələri xahiş olunur. Məzmun qeyd edilməyən CV-lərə baxılmayacaqdır.

Həmçinin, tələbələr Panda Schoolun Sumqayıt ofislərinə yaxınlaşa bilərlər.

Müraciət üçün son tarix : 28 iyul saat 23:59
Əlaqə üçün: 050 246 76 02

Bəyən və paylaş

Rəylər

rəy(lər)