31 May 14:21

Paralimpiyaçı uşaqlar ilə “Nağillar aləminə səyahət”

YARAT Müasir İncəsənət Məkanı “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə paralimpiyaçı uşaqlar “Nağıllar aləminə səyahət” adlı tədbir təqdim edir.

Belə ki, inklüzivliyi ilə seçilən tədbirdə, sağlamlıq imkanları məhdud uşaqlar öz həmyaşıdları ilə birlikdə tamaşa göstərəcəklər. Azərbaycan və dünya xalqlarının nağıl qəhrəmanlarını Uşaq Paralimpiya Komitəsinin 15 nəfər idmançısı və 234 saylı orta məktəbin 62 şagirdi canlandıracaqlar. Bu tədbir vasitəsi ilə UPK-nin idmançılarının idmandan başqa digər sahələrdə də bacarıqlı olduqlarını və cəmiyyətə inteqrasiyanı nümayiş edəcəklər.

Tədbir Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və UNICEF-in dəstəyi ilə baş tutacaq.

Tədbirin təşkilati dəstəyi: YARAT və Bakı Nəqliyyat Agentliyi.

Məlumat üçün bildiririk ki, 2013-cu ildə UNICEF-in dəstəyi ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır.
Bu günə kimi UPK-nın dəstəyi ilə 8 idman növündə 200 nəfərə yaxın sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunmuşdur.

Tarix: İyul 2, 2019
Saat: 12:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)