“Parlamentdə Könüllülük” debat forumu keçiriləcək

İnandır və dəyişikliklərə imkan yarat!

“Könüllülər ili” çərçivəsində Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Parlamentdə Könüllülük” debat forumu həyata keçiriləcək.

🔸 Layihənin məqsədi gənclərin natiqlik, araşdırma bacarıqlarının artırılması, parlamentdebatı vasitəsilə könüllülük mövzusunda qanun layihələrinin hazırlanmasıdır.
🔸 Debat forum çərçivəsində onlayn şəkildə “ZOOM” platforması üzərindən təlimlər, debat yarışı həyata keciriləcək. Fərqlənən iştirakçılar mükafat və sertifikat əldə edəcək.
🔸 Gənclər üçün müxtəlif imkanları özündə cəmləşdirən “GencApp” mobil tətbiqi və gənclər arasında intellektual debat ənənələrini inkişaf etdirən Milli Debat Proqramı layihənin tərəfdaşıdır.

▫️Qeydiyyat üçün: www.virtualpd.dvc.az
▫️Son qeydiyyat tarixi: 24.11.2020
▫️Təlimlər: 25-26-27-30 noyabr, 2020
▫️Qrup və seçmə oyunları: 5-6 dekabr, 2020

Bir cavab yazın

Back to top button