Parlaq Zəka İntellektual Gənclər Assambleyası

Sizləri Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan İntellektual Oyunlar Klubu təşkil etdiyi Bakı və regionlarda intellektual və maraq klublarında fəal olan gəncləri intellektual klubların inkişafı, intellektual oyunlar, layihələrin idarə olunması, maliyyə və digər mövzularda inkişaf etdirərək onların arasında əlaqələrin gücləndirilməsi və inkişafı məqsədini daşıyan “PARLAQ ZƏKA” İntellektual Gənclər Assambleyasının iştirakçısı olmağa dəvət edirik .

Assambleyanın tədbirləri:
Assambleya 2 hissədən ibarətdir: Təlim-tədris hissəsi və Mədəni-idman hissəsi. Assambleyanın təlim-tədris hissəsi də öz növbəsində iki hissədən ibarətdir: Təlim kursu və Praktiki hissə.
Təlim Kursu aşağıda göstərilən mövzuları əhatə edəcək:
• “Azərbaycan” İntellektual Oyunlar Klubunun fəaliyyət dövrü, istiqamətləri barədə yaxından tanışlıq və məlumat sessiyaları
• Layihələrin yazılması və idarəolunması üzrə təməl təlim kursu:
• Klubun idarə olunması və inkişafı üzrə təlim kursu
.
Təlim-tədris tədbirləri təcrübəli təlim-məşqçilər tərəfindən aparılacaq.

Mədəni- idman proqramları çərçivəsində tələbələrin asudə vaxtını maraqlı etmək üçün müxtəlif intellektual və idman oyunlarının təşkil edəcək. Bunlara Azərbaycan İntellektual Oyunlar Klubuna məxsus “Parlaq Dünya” məntiqi-intellektual oyunu, bir sıra stolüstü oyunlar və digər bir-birindən maraqlı tədbirlər daxildir.

Ödəniş: Layihədə iştirak tam olaraq ödənişsizdir.

Müraciət edə bilərlər:14-29 yaş arası, Bakı şəhərində yaşayan və ya Bakı şəhəri orta və ali ixtisas təhsil müəssisələrində təhsil alan gənclər.

Qoşulmaq üçün:
Seçimlər 2 mərhələdə aparılacaq:
1-ci mərhələ: Online qeydiyyat – Ərizə formasını dolduraraq bu mərhələyə qoşulmaq olar.
2-ci mərhələ: Müsahibə – Bu mərhələdə yalnız 1-ci mərhələdən uğurla keçən şəxslər iştirak edə bilərlər. Müsahibə qrup və ya fərdi şəkilində keçiriləcək. Müsahibə zamanı iştirakçıların dünyagörüşü və s. kimi xüsusiyyətləri qiymətləndiriləcək.

Son qeydiyyat tarixi: 14.11.2016.

Assambleyanın keçirilmə müddəti: 18-20.11.2016-cı il.

Assambleyanın keçirilmə məkanı: Quba şəhəri, “Quba Plaza” istirahət mərkəzi

Assambleyadan əvvəl və assambleya müddətində təşkilati məsələlərlə bağlı məsul şəxs Gülsarə Qasımova və Ülvi Mövsümzadə ilə əlaqə saxlaya bilərsiniz.

“Azərbaycan” İntellektual Oyunlar Klubu:
Mob: Gülsarə Qasımova
+99455 309 16 58
E-mail: [email protected],
Ülvi Mövsümzadə
+994517906314
E-mail: [email protected]
Ofis: +99412 403 87 21
Ünvan: Əbdürrəhim bəy Haqverdiyev küçəsi 60.

Bir cavab yazın

Back to top button