Partnyorlarla İş şöbəsində baş mütəxəssis/ expert vakansiyaları

Rabitabank” ASC  Riteyl Kreditləri Departamentinə, Partnyorlarla İş şöbəsinə baş mütəxəssis/ expert vəzifəsi üzrə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklaarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

 

  • Pərakəndə bazarı araşdırmaq, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
  • Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu ölçmək, müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər vermək;
  • Bankın məhsul və xidmətlərini özünə əks etdirən reklam materiallarının potensial müəssisə və müştərilər arasında təbliğatını təmin etmək;
  • Pərakəndə bank məhsullarının satışını həyata keçirmək;
  • Potensial dövlət, özəl müəssələrin əməkdaşları ilə görüş, təqdimatlar keçirmək və birbaşa satış prosesini həyata keçirmək;
  • Banka pərəkəndə məhsulları üzrə yeni partnyorların cəlb olunması. Həmin partnyorlar üzrə iş  prosesinə nəzarətin edilməsi.
  • Cəlb edilmiş müştərilərin filiallarda uyğun bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;

 

Vəzifəyə olan tələblər:

 

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Sahə üzrə azı 3il iş təcrübəsi;
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
  • Azərbaycan və rus dilləri səlis bilmək, ingilis dili arzuolunandır;
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Partnyorlarla İş şöbəsi” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bir cavab yazın

Back to top button