“PAŞA Holding” yeni təqaüd proqramını təqdim edir

Daim təhsilə və tələbələrin inkişafına diqqət ayıran “PAŞA Holding” yeni təqaüd proqramını təqdim edir!

Gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holding “Əlaçı” proqramını tədqim edir. “Əlaçı” proqramı 3-cü və ya 4-cü kurs bakalavr tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır. Belə ki, proqram 2022-2023-cü tədris illərini əhatə edir və qeydiyyatdan uğurla keçən tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutur. Təqaüddən əlavə tələbələri şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri gözləyir.

Proqram barədə ətraflı məlumat və müraciət üçün https://elachi.az veb-saytına daxil ola bilərsiniz.

Qeydiyyatdan keçməyə tələsin!

Əlaçı ol, biliyinlə zirvələri fəth et!

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles