“PAŞA Sığorta”-da Fərdi və bank sığortası üzrə assistent vakansiyası

“PAŞA Sığorta” ASC namizədləri Fərdi və bank sığortası üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

Fərdi  və bank sığortası üzrə assistent mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan  sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləyir;
* Müştərilərə zənglər edir və Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərir;
Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsini təmin edir;
Gündəlik satış barədə müvafiq hesabat formasını birbaşa menecerə təqdim edir;
Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir.

Bilik və bacarıqlar:

Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək  bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
Telemarketinq, telesatış sahəsində iş təcrübəsinin olması mütləqdir.

Son müraciət tarixi: 15 mart, 2018-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close