Cümə, 6 İyun, 2025

Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Ağcabədi filialı) vakansiyası


  • Dərc edildi: 29 Mart, 2022 - 12:55
Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Ağcabədi filialı) vakansiyası

Bank Respublika ASC “Ağcabədi” filialı üçün Pərakəndə Bankçılıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edir. Ümumi vəzifə öhdəlikləri:
  • Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
  • Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
  • Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
  • Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
  • Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
  • Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili bilənlərə üstünlük verilir, İngilis dili biliyi arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 aprel 2022-ci il tarixinədək email-in mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Ağcabədi filialı) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 77
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...