11 Noyabr 16:07

“Perioperasion dövrdə nutriitiv dəstək, infuzion terapiya və ağrı ilə mübarizə” adlı elmi konfrans keçiriləcək

Sizi 15-16 noyabr 2019-cı il tarixlərində keçiriləcək Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin “Perioperasion dövrdə nutriitiv dəstək, infuzion terapiya və ağrı ilə mübarizə” adlı elmi konfransına dəvət edirik.

“Perioperasion dövrdə nutriitiv dəstək, infuzion terapiya və ağrı ilə mübarizə” adlı elmi konfransda Azərbaycan ilə yanaşı Rusiyadan olan mütəxəssislər təqdimatlarla çıxış edəcəklər.Konfrans Milli Onkologiya Mərkəzi, Böyük Konfrans zalında 15 noyabr saat 14:30-da başlayacaq. Tədbir çərçivəsində 16 noyabr saat 11:00-da ustad dərsi keçiriləcək və əməliyyatxanadan birbaşa canlı yayımlanacaq. Tədbirdə iştirak ödənişsizdir. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Öncədən qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edin:

http://mom.gov.az/?smode=register&item=668&lang=az

Ətraflı məlumat üçün:
mob.: +994554955569
e-mail: [email protected]

Bəyən və paylaş