Cümə, 8 Avqust, 2025

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir


  • Dərc edildi: 18 İyul, 2025 - 00:01
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir

2025/2026-cı tədris ili üçün peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə başlanılıb. Müsabiqə çərçivəsində Bakı, Naxçıvan və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 459 ixtisas fənn müəllimi, 987 istehsalat təlimi ustası və 115 yüksək texniki peşə təhsili səviyyəsi üzrə müəllim vakansiyasının elan olunması nəzərdə tutulur.

 

Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi fəaliyyət göstərmək istəyən şəxslər 18 iyul – 1 avqust 2025-ci il tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

 

Müsabiqə elektron ərizələrin qəbulu və təqdim edilən məlumatların uyğunluğunun yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq. Ərizələri təsdiq olunan namizədlər 12 avqust 2025-ci il tarixində ixtisas, tədris metodikası və məntiq üzrə sualları əhatə edən test imtahanında iştirak edəcəklər. Vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı əsasında həyata keçiriləcək.

 

Müsabiqənin qaydaları ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin KQ03 nömrəli kollegiya qərarı vasitəsilə tanış olmaq mümkündür: https://e-qanun.az/framework/56525.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6068
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1205
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 450
“İnnovativ məktəb” l...