“Peşəkar CV və uğurlu müsahibənin əsasları” mövzusunda vebinar

Karyera həyatında ilk təəssürat böyük əhəmiyyət kəsb edir. İlk təəssürat isə CV-niz deməkdir. CV-niz işgüzar tələblərə cavab verməklə yanaşı, özünüz də iş görüşməsinə peşəkarcasına hazırlaşmalısınız. Bu mövzuda kifayət qədər bilik əldə etmək üçün 28 və 29 aprel tarixlərində “Peşəkar CV və uğurlu müsahibənin əsasları” mövzusunda vebinara qoşulun.

Vebinar insan resursları və inzibati idarəetmə sahəsində 20 ildən çox təcrübəyə malik təlimçi Vüsalə Kərimova tərəfindən keçiriləcək.

Təlimin keçirilmə tarixi: 28 aprel, saat 19:00 (bir saat davam edəcək)

29 aprel, saat 15:00 (bir saat davam edəcək)

Təlimdə iştirak etmək üçün bu gün ərzində aşağıdakı linkə daxil olub, sizə uğun tarixi seçərək qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://bit.ly/2yL7FgR

Bir cavab yazın

Back to top button