“Peşəkar İnkişaf Təlimləri” adlı onlayn təlimlər (ÖDƏNİŞSİZ)

PROGRO platforması sizi “Peşəkar İnkişaf Təlimləri” adlı onlayn təlimlərə dəvət edir.
Əgər:
– Uğurlu karyeraya başlamaq;
– Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;
– Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə;
– O zaman TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın!
Təlim zamanı əhatə olunacaq mövzular:
– Karyera planlaması
– Təqdimat
– Tənqidi düşüncə
– Emosional zəka
– Şəxsi brendinq
– CV
– Müsahibə
– Şəbəkələşmə
– Onlayn biznes
– Peşəkarlarla görüş
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
– 30 yaşı tamam olmamış;
– Orta və ya ali ixtisas təhsilli;
– İnternetə mütəmadi qoşulma imkanı olan;
– Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
İştirak etmək istəyənləri 19 fevral 2021-ci il saat 14:00 tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:

https://lnkd.in/diPPxDA

Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!
“PROGRO – Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”
UNDP Azerbaijan Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.

Bir cavab yazın

Back to top button