“Peşəkar İnkişaf Təlimləri” adlı onlayn təlimlər

PROGRO platforması sizi “Peşəkar İnkişaf Təlimləri” adlı onlayn təlimlərə dəvət edir. Əgər: - Uğurlu karyeraya başlamaq; - Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək; - Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə; - O zaman TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın! Təlim zamanı əhatə olunacaq mövzular: - Karyera planlaması - Təqdimat - Tənqidi düşüncə - Emosional zəka - Şəxsi brendinq - CV - Müsahibə - Şəbəkələşmə - Onlayn biznes - Peşəkarlarla görüş İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək: - 30 yaşı tamam olmamış; - Orta və ya ali ixtisas təhsilli; - İnternetə mütəmadi qoşulma imkanı olan; - Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər. İştirak etmək istəyənləri 24 sentyabr 2021-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik: https://lnkd.in/ddCddpen Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir! “PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az