“Peşəkar Uğurun Əsasları” adlı 2 həftəlik onlayn təlim

PROGRO platforması sizi “Peşəkar Uğurun Əsasları” adlı 2 həftəlik onlayn təlimlərə dəvət edir❗

Əgər: Uğurlu karyeraya başlamaq, Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək, COVİD19 pandemiyasının dəyişdiyi iqtisadiyyatda özünüzə yer tapmaq istəyirsinizsə,

Onda TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın!

“Peşəkar Uğurun Əsasları” onlayn təlimin məqsədi iş axtaran gəncləri müasir dövrdə vacib olan peşəkar səriştələrə və yeni düşüncə obrazına istiqamətləndirməkdir.

Təlim zamanı əhatə olunacaq mövzular:

– Bacarıqlarınıza uyğun karyeranızı necə planlaşdıra bilərsiniz?

– Müasir dövrdə əmək bazarında hansı bacarıq və səriştələr tələb olunur?

– Şəxsi və peşəkar inkişafınızı davamlı olaraq necə formalaşdıra bilərsiniz?

Onlayn təlimdə iştirak tamamilə ödənişsizdir! İştirakçı seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:

• Gəncə, Sumqayıt və Zaqatalada yaşayan

• 30 yaşı tamam olmamış

• Orta və ya ali ixtisas təhsilli

• İnternetə qoşulma imkanı olan

• Fəal surətdə iş axtaran, motivasiyalı gənclər

İştirakçıların seçimi onlayn müsahibələr vasitəsilə həyata keçiriləcək və nəticələri ilə bağlı məlumat veriləcək.

İştirak etmək istəyənləri 22 may 2020-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik: tiny.cc/progroplatformm

Bir cavab yazın

Back to top button