“Peşəkar Uğurun Əsasları II” adlı 2 həftəlik onlayn təlimlər keçiriləcək

PROGRO platforması sizi “Peşəkar Uğurun Əsasları II” adlı 2 həftəlik onlayn təlimlərə dəvət edir❗

Əgər:
Uğurlu karyeraya başlamaq,
Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək,
COVİD19 pandemiyasının dəyişdiyi iqtisadiyyatda özünüzə yer tapmaq,
Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə,
Onda TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın!

“Peşəkar Uğurun Əsasları II” onlayn təlimin məqsədi iş axtaran gəncləri müasir dövrdə vacib olan peşəkar səriştələrə və yeni düşüncə obrazına istiqamətləndirməkdir. Təlim zamanı əhatə olunacaq mövzular:
– Bacarıqlarınıza uyğun karyeranızı necə planlaşdıra bilərsiniz?
– Müasir dövrdə əmək bazarında hansı bacarıq və səriştələr tələb olunur?
– Şəxsi və peşəkar inkişafınızı davamlı olaraq necə formalaşdıra bilərsiniz?
– Sizi başqalarından fərqləndirəcək yaradıcı və tənqidi düşüncə metodları hansılardır?
– Şəxsi brendinizi necə qura bilərsiniz və şəbəkələşmədən necə istifadə etmək olar?
– Ən fundamental bacarıq olan satış həyatınıza hansı avantajları gətirə bilər?

Onlayn təlimdə iştirak tamamilə ödənişsizdir!

İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
• Gəncə, Sumqayıt və Zaqatalada yaşayan
• 30 yaşı tamam olmamış
• Orta və ya ali ixtisas təhsilli
• İnternetə mütəmadi qoşulma imkanı olan
• Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər

İştirakçıların seçimi onlayn müsahibələr vasitəsilə həyata keçiriləcək və müsahibənin nəticələri ilə bağlı məlumat veriləcək. Təlimlərə 22 iyun 11:00-da başlanılacaq.

İştirak etmək istəyənləri 20 iyun 2020-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:

https://forms.gle/KuNbfgaTSkjcMqkr7

“PROGRO – Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və USAID tərəfindən maliyyələşdirilir.

Bir cavab yazın

Back to top button