“Peşəkar Uğurun Əsasları IV” adlı iki həftəlik ödənişsiz onlayn təlimlər keçiriləcək

Peşəkar Uğurun Əsasları IV

PROGRO platforması sizi “Peşəkar Uğurun Əsasları IV” adlı iki həftəlik onlayn təlimlərə dəvət edir❗

 

Əgər:
Uğurlu karyeraya başlamaq;
Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;
Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə;
Onda TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın!

Təlim zamanı əhatə olunacaq mövzular:
Karyera planlaması
Davamlı inkişaf bacarıqları
Tənqidi düşüncə
Emosional Zəka
Şəxsi-brendinq
Şəbəkələşmə
Onlayn biznes

Onlayn təlimdə iştirak tamamilə ödənişsizdir!

 

İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:

30 yaşı tamam olmamış;
Orta və ya ali ixtisas təhsilli;
İnternetə mütəmadi qoşulma imkanı olan;
Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.

Təlimlərə 17 avqust 11:00-da başlanılacaq.
İştirak etmək istəyənləri 15 avqust 2020-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:

https://forms.gle/6ghnF3fdE326w1jXA

 

“PROGRO – Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.

Bir cavab yazın

Back to top button