“Peşəkar Uğurun Əsasları VI” adlı onlayn PULSUZ təlimlər
PROGRO platforması sizi “Peşəkar Uğurun Əsasları VI” adlı onlayn təlimlərə dəvət edir
Əgər:
Uğurlu karyeraya başlamaq;
Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;
Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə;
O zaman TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın!
Təlim zamanı əhatə olunacaq mövzular:
Karyera planlaması
Tənqidi düşüncə
Emosional zəka
Şəxsi brendinq
CV
Müsahibə
Şəbəkələşmə
Onlayn biznes
Peşəkarlarla görüş
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
30 yaşı tamam olmamış;
Orta və ya ali ixtisas təhsilli;
İnternetə mütəmadi qoşulma imkanı olan;
Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
İştirak etmək istəyənləri 15 dekabr 2020-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:
Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!
“PROGRO – Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”
UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.