30 Oktyabr 13:10

Peşəkarlar danışır: Sosial sahibkarlıq

Dəyərli məzunlar və dostlar, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İB olaraq sizləri “Peşəkarlar danışır: Sosial sahibkarlıq” adlı seminara dəvət edirik!

Qonağımız Sara Rəcəbli ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən IVLP proqramının məzunudur.

O, Azərbaycan Turizm İnstitutu və Almaniyanın DAAD fondunun birgə təşkil etdiyi 6 aylıq mübadilə proqramı çərçivəsində Almaniyanın Vilhelmshaven şəhərində yerləşən Yade Tətbiqi Elmlər Universitetində turizm iqtisadiyyatı üzrə təhsil almışdır. “Qlobal Sülhməramlıq və Sosial İnkişaf”, “Gənc Elçilər”, “One Young World 2018”, “Yunus & Youth” , UNCTAD Gənclər Forumu, USAID-in “Qadın İştirakçılığı” kimi proqramlarda iştirak etmiş və ölkəmizi Türkiyə, İsveç, Polşa, Belçika, Rusiya, Fransa, Niderland Krallığında da təmsil etmişdir. 2017-ci ildə 160 manat investisiya ilə fiziki imkanları məhdud qadınların işsizlik problemlərinin həllinə dəstək verən “BUTA Art & Sweets” adlı sosial biznes brendini təsis etmişdir. 2018-ci ildə Sosial Biznes Gənclər Mərkəzini təsis etmişdir.

Göruş hər kəsə açıq olub ÖDƏNİŞSİZDİR və 7 noyabr 2019-cu il, 19:00-20:30 saatları aralığında “ABŞ Təhsilli Azərbaycan Məzunları” İB-nin konfrans zalında (Kaspian Biznes Mərkəzi, 2-ci mərtəbə) həyata keçiriləcəkdir. Yerlər məhdud olduğundan xahiş edirik ki, link (http://bit.ly/peşəkarlardanışır) vasitəsilə qeydiyyatdan keçəsiniz.

Təsdiq barədə məlumat seçilmiş şəxslərin e-poçt ünvanına göndəriləcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)