9 İyun 14:38

“Peşələrin yayı” layihəsi keçiriləcək

Əziz Xəzər gəncləri!

“Peşələrin yayı” Xəzər rayon gənclərinin məşğululuğunun təmin edilməsinə istiqamətləmiş və yay aylarını əhatə edəcək layihədir.

Layihə çərçivəsində adları qeyd olunmuş peşələr üzrə Xəzər gənclərinə təlimlər keçiriləcək.

1. Bələdçilik

2. Mühasibatlıq

3. Bərbərlik (xanım və bəy)

4. Tibbi biliklər və müalicəvi masaj

5. Zərgərlik

6. Dərzi – Modelyer

7. Əl sənətləri

8. Proqramlaşdırma

9. Müştəri xidmətləri

10. Kreativ mütəxəssis

İlkin mərhələdə hər peşənin mahiyəti və özəllikləri haqqında gənclərdə ümümi fikir formalaşdırmaq məqsədi ilə seminarlar təşkil olunacaq. Hər ixtisas və peşənin seminarı onun mütəxəssisi tərəfindən aparılacaq və seminarda iştirak edəcək gənclər sözü gedən peşə haqqında ümumi infomasiya əldə etmiş olacaqlar.

Növbəti mərhələdə isə gənclər şəxsi keyfiyyətlərinə və bacarıqlarına uyğun və seçdikləri bir peşə kursunun yay boyu davam edəcək intensiv təlimlərində iştirak edəcəklər. Peşə sahibləri tərəfindən aparılacaq təlim kursunda iştirakçılar həm nəzəri biliklərə, həm də təcrübi vərdişlərə yiyələnmiş olacaqlar. Layihənin kreativ tərəflərindən biri gənclərin seçdikləri ixtisas və ya peşəni daha yaxşı mənisəmələri üçün real iş məkanlarında öz bacarıqlarını təcrübə etmək imkanı əldə etmələri olacaq.

Buradan qeydiyyatdan keçə bilərsiniz:kyc.az/peshelerin.yayi

Bəyən və paylaş

Rəylər

rəy(lər)