14 Noyabr 19:53

PHP-nin avantajları, dezavantajları və Dünyada PHP-nin yeri nədir?

Müasir dövrdə internet bütün dünyanı əhatə etməkdədir. Bütün işləri internetdən onlayn olaraq görmək səviyyəsinə gəldik. İnternet ilə bir işləri yerinə yetirmək imkanımız var. İnterneti tanımaq istəyiriksə, veb səhifələrlə işləmək lazımdır. Bu veb səhifələri bəzi dillər ilə yazılır. İnternet proqramlaşdırma dillərindən biri  PHP-dir. PHP ilə internetdə hardasa istədiyimiz hər şeyi etmək mümkündür. PHP-nin bizə təqdim etdiyi daha bir çox üstünlükləri vardır. Bu yazıda PHP-nin avantajları, dezavantajları və Dünyada PHP-nin yeri nədir?

Dünyaca məhşur olan sosial şəbəkəsi olan Facebook bir PHP məhsuludur. Hazır veb sayt sistemləri də PHP-nin bir məhsuludur. PHP, digər internet proqramlaşdırma dilləri ilə çox rahat qarşılıqlı işləmək imkanı verir. Vaxt itirmədən PHP-nin üstünlükləri və zəif tərəflərini incələyək. Daha sonra Dünyadakı yerindən danışarıq.

Php-nin avantajları və dezavantajları

Avantajları

PHP hər platformada işləyə bilir (Unix,Windows,MAC OS …)

PHP kodları scriptlər platformasında müstəqil olaraq işləyə bilir. PHP kodları ilə digər kodlar qarışmırlar.

Çox sürətli işləyən bir dildir.

Öyrənilməsi olduqca çox asan bir dildir. Digər dillərə oxşarlığından bu dillər ilə daha əvvəlcə işləmiş insanlar asanlıqla PHP öyrənə bilirlər.

Bir yerə toplamaq problemi yoxdur, HTML kodları arasında asanlıqla yerləşdirilə bilir.

İnternet dünyasında böyük bir inkişaf edici potensialı var. PHP ilə yazılmış bir çox proqram və kodlar rahat bir şəkildə tapılmaqdadır.

MySql verilənlər bazası ilə PHP yüksək performans və güvənilir bir şəkildə işləyə bilir. Bununla yanaşı digər verilənlər bazası ilə də işləmək imkanı verir.

Dezavantajları

 

PHP-də edilən bir xəta o səhifənin işləməsinə mane ola  bilər. (Hətta proqramın belə işləməsinə mane ola bilər.)

Ən çox qarşılaşılan xəta, nöqtəli vergül (;) xətası böyük problemlərə yol aça bilər.  Nöqtəli vergül PHP-də bir sonrakı kod sətirinə keçməyi göstərir. PHP istifadəçiləri PHP-də kod yazan zaman diqqət etmələri lazım olan bir nöqtədir.
PHP script dili olduğu üçün; detaylı və böyük proqramlar da nəticə almaq bəzən vaxt ala bilər.

Yeniləmək istədiyinizdə veb server ilə eyni zamanda birlikdə yenilənməsi lazımdır.

Dünyada php-in yeri nədir ?

Php hal-hazırda virtual olaraq həyatını davam etdirməklə bərabər ona rəqib olacaq bir proqramlaşdırma dili daha ortaya çıxmamışdı deyə bilərik. ASP qədər istifadə edilən və .Net əsaslı bir proqramlaşdırma dili də olsa PHP onun istifadəçi sayısını çox böyük bir nəticə ilə keçmişdir.

PHP ümumi istifadə baxımından Asp.net-ə görə daha çox istifadə olunmaqdadır.

PHP indi internetdəki demək olar ki, hər saytın alt təməlində var. İstifadəçilər internetdə hansı səhifəyə daxil olarsa olsun bunların çoxu php proqramlaşdırma dili ilə hazırlanmışdır və istifadəçilərə təqdim edilmişdir.

PHP-nin oyun, veb sayt və proqramlaşdırma kimi bir çox fərqli sahələrə xitab etməsi Dünyadakı yeri və vacibliyini hər keçən gün daha da artırmışdır.

 2010-cu ilin Dekabr ayında aparılan sorğu nəticəsində,6.7 milyon sahə adlarının 59% -i Php istifadə etdiyini göstərdi.

Php istifadə edən Dünyada məhşur internet saytlarından bəziləri:

facebook.com – Sosyal Şəbəkə

yahoo.com – Axtarış Saytı

photobucket.com –Rəsim/ Foto paylaşım saytı

wikipedia.com – Ən Böyük Ensklopediya

digg.com – Veb mövzulu Paylaşım Saytı

flickr.com – Rəsim/ Foto paylaşım saytı

istockphoto.com – Rəsim/ Foto paylaşım saytı

Ölkəmizdə də “Veb-layihələrin hazırlanması və irəlilədilməsi” adlı kurslar keçirilir. Cəmi bir ilə sizə bu sahədə mütəxəssis olmağa imkan verəcək. Nəticədə siz keyfiyyətli trafikə (müştərilər, sifarişlər) malik və axtarış sistemlərində birincilər sırasında olan mükəmməl sayt yarada bilən hərtərəfli mütəxəssis ola biləcəksiniz. Daha ətraflı məlumat  üçün itstep.az veb saytına daxil olaraq əldə edə bilərsiniz.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)