Piyada kuryer və velokuryer vakansiyaları

Şirkət: VeloKuryer

VeloKuryer – əmanətlərinizi etibar edə biləcəyiniz güvənli, sürətli və ekoloji təmiz kuryer xidmətidir. 2015-ci ildən başlayan fəaliyyətimiz dövründə onlarla şirkətin etibarını qazanmışdır. Şəhərin sıx küçələrindən və tıxaclardan asanlıqla keçərək, bağlamaları vaxtında, münasib qiymətə, təhlükəsiz və konfidensial şəkildə ünvanına çatdırır.

Vəzifə: Piyada kuryer və velokuryer

İş barədə məlumat:

• Sifarişlər əsasən məktublar olur və daha çox şirkətlərə qismən də ev ünvanlarına çatdırılır.
• Seçilmiş şəxslər test müddətində çalışmağa başlayacaq. Kuryer 1 iş günündə minimum 12 sifariş çatdırmalıdır.
• İş qrafiki : həftə içi saat 09:00-dan 18:00-dək
• İş qrafiki: 6-cı gün qısa iş günüdür.
• Maaş piyada kuryerlər üçün 250, velokuryerlər üçün 300 manat + faiz (bonus)
• Yol xərcləri ödənilir.

Namizədə tələblər:

• İş prosesində əsas kommunikasiya vasitəsi olan smartfonun olması vacibdir.
• Telefon xəritə proqramlarını və Telegram dəstəkləməli, iş saatları ərzində enerji saxlamalıdır.
• İşə 1-3 il bu sahədə təcrübəsi olan kuryerlərə üstünlük verilir.
• Kuryerin fərdi olaraq ünvanları xəritə ilə tapmaq bacarığı olmalıdır.

Bu tələblərə cavab verən və şərtlərlə razılaşan namizədlər öz CV-lərini [email protected] elektron ünvanına “piyada kuryer” və ya “velokuryer” başlığı altında göndərə bilərlər.

Bir cavab yazın

Back to top button